Şurum Burum kimi tanıdığımız Fərman Şəkili vəfat edib

  06 Mart 2013    Oxunub : 4220
Şurum Burum kimi tanıdığımız Fərman Şəkili vəfat edib
Bir çoxlarının yaddaşında Şurum Burum obrazı ilə qalan məşhur aktyor Fərman Şəkili (Abdullayev) vəfat edib.
AzVision.az-ın məlumatına görə, bu aktoyr 58 yaşında uzun sürən ağır xəstəlikdən vəfat edib. Bu barədə aktyorun yaxınları Kulis.Az-a məlumat verib. Aktyor bu gün dəfn olunub.

Qeyd edək ki, Fərman Şəkili «Fransız», «Həm ziyarət, həm ticarət», İstanbul reysi», «Sarı gəlin», Yalan», «Otel otağı», «Yarımştat» kimi film və teletamaşalarda müxtəlif obrazlar yaradıb.

Uzun müddət Şəki Dövlət Dram teatrında çalışıb. Müxtəlif beynəlxalq festivallarda uğur qazanıb. Onu ən çox tanıdan və sevdirən obrazı isə televiziya proqramında yaratdığı Şurum Burum obrazı olub.

Allah rəhmət eləsin!

Teqlər: