Daha bir erməni ABŞ Konqresinə seçildi

 Daha bir erməni ABŞ Konqresinə seçildi
  07 Noyabr 2018    Oxunub:3087
ABŞ-da Konqresə keçirilən aralıq seçkilər nəticəsində erməni əsilli daha bir namizəd Nümayəndələr Palatasında mandat əldə edib.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, Demokratlar partiyasından olan erməni əsilli Entoni Brindisi Nyu-York ştatının 119-cu seçki dairəsi üzrə respublikaçıların namizədi Klaudiya Tenneyi cüzi fərqlə geridə qoyaraq, 50,3 faiz səslə aralıq seçkilərdə qələbə çalıb.
Bununla da, Nümayəndələr Palatasında mandata sahib olan erməni əsilli qanunvericilərin sayı 3-ə çatıb. Erməni əsilli digər iki konqressmen isə Anna Eş və Cek Spiyerdir.

Qeyd edək ki, Entoni Brindisinin nənəsi Suriyanın Hələb şəhərində doğulan ermənidir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Konqress   ABŞ  





Xəbər lenti