Telefonunuz dinlənilirmi? – ƏLAMƏTLƏR

Telefonunuz dinlənilirmi? – ƏLAMƏTLƏR
  30 Oktyabr 2013    Oxunub:8667
Mobil telefonların dinlənməsi günümüzdə o qədər də çətin məsələ deyil. Bununla belə, şəxsi həyatınızda məxfiliyi qoruyub saxlamağın da yolları var. AzVision.az–ın təqdim etdiyi məlumatlardan yararlanaraq tələyə düşüb-düşmədiyinizi aydınlaşdıra bilərsiniz.

Gündəlik həyatımızda demək olar ki, elə bir gün yoxdur ki, evdən mobil telefonsuz çıxaq. Etiraf etməliyik ki, artıq həyatımız mobil telefonlardan və onların təqdim etdiyi imkanlardan asılı hala düşüb.

Sizi qorxutmaq istəməzdik, amma bilin ki, həqiqətən də, sizin şəxsi hesab etdiyiniz mobil telefonlara kənardan müdaxilə düşündüyünüzdən də asandır. Belə ki, əgər kimsə sizin telefon danışıqlarınızı dinləmək ,sms-lərinizi oxumaq və GPS- lə sizi izləmək istəyərsə, bunu asanlıqla edə bilər.

Telefonlara bu cür müdaxilə qanundan kənar olsa da, tez- tez baş verir. Əgər siz də nədənsə şübhələnirsinizsə, o zaman aşağıda təqdim etdiyimiz faydalı məsləhətlərdən yararlana bilərsiniz.

Batareyanın temperaturu

Telefonun dinlənildiyinin ən bariz göstəricisi batareyadır. Belə ki, telefonunuzu kənara qoyduğunuz istənilən bir an ona toxunub temperaturunu müəyyən edin və əgər batareya istidirsə, bu o deməkdir ki, telefonunuzu sizdən xəbərsiz kimsə hələ də işlədir. Onu da nəzərə almaq lazimdır ki, telefon dinləndiyi zaman akkumulyator daha tez və daha çox enerji itirir. Buna görə də telefonun şarjının (“zaryadka”) dolu olub olmadığına da nəzarət etmək lazımdır. Nəzərdə saxlayın ki, siz onun kənarda səssiz qaldığını düşünsəniz də, dinlənilən telefon otaqdakı danışıqları da qeyd edir.
Akkumulyatoru nəzarətdə saxlamaq üçün İPhonlarda BatteryLife LX yaxud BatteryLED proqramlarından faydalanmaq olar.

Telefonu söndürən anda yaranan gecikmə

Əgər telefonunuzu söndürərkən, yaxud digər əməliyyatları yerinə yetirərkən gecikmə, fon işığının aydınlanması, yaxud telefonun bütün əməliyyatlara cavabsız qaldığını görürsünüzsə, o zaman bu o deməkdir ki, artıq siz də tələyə düşmüşünüz.

Anlaşılmaz aktivlik

Əgər məlumatların ötürülməsi zamanı yaxud telefonu istifadə etmədikdə belə onun işığının öz-özünə yanması, əməliyyatların tez- tez keçilməsi onu göstərir ki, telefonunuz sizdən başqa biri tərəfindən də istifadə olunur.

Fonda qarışıqlıq

Əgər danışıqlar zamanı küy (exo), qarışıq səslər duyulursa yaxud telefonu digər elektron vasitələrə yaxınlaşdırdıqda ( məsələn, televizora) onlarda səs qarışıqlığı yaradırsa onda bu o deməkdir ki, telefonunuza cihaz yerləşdirilib.
Özünüzü xəbərsizmiş kimi göstərməklə bu işin üstünü aça bilərsiniz

Əgər telefonunuzun tanış biri tərəfindən dinləndiyini düşünürsünüzsə, o zaman bunu aydınlaşdırmaq üçün belə bir addım ata bilərsiniz. Belə ki, danışan zamanı təkcə özünüzün bildiyiniz bir sirri etibar etdiyiniz birinə deyin, əgər bir müddət sonra xəbər ətrafda yayılarsa, o zaman əmin olacaqsıniz ki, telefonunuz dinlənilir və ən pisi də odur ki, bunu sizin yaxınlarınızdan kimsə edir.

Kömək üçün polisə müraciət edin, belə ki, onlarda sizin köməyinizə çatacaq cihazlar var. Ancaq yenə də bu yola dinləndiyinizdən tam əmin olduğunuz zaman baş vurun.

Hazırladı: Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti