Kreml: ABŞ-la Rusiya arasında “buzlar əriməyəcək”

 Kreml:  ABŞ-la Rusiya arasında “buzlar əriməyəcək”
  07 Noyabr 2018    Oxunub:2786
ABŞ-da keçirilən aralıq seçkilərindən sonra Vaşinqtonla Moskva arasındakı münasibətlərdə ciddi yaxşılaşma gözlənilmir.

Azvision.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov ABŞ-dakı seçkilərdən sonra jurnalistlərə verdiyi açıqlamasında deyib.
“Böyük əminliklə ehtimal etmək olar ki, üfüqdə Rusiya-ABŞ münasibətlərinin normallaşması üzrə hansısa parlaq perspektiv müşahidə olunmur” – Peskov bildirib.

Qeyd edək ki, ötən gün ABŞ Konqresinə keçirilən aralıq seçkilərdə Nümayəndələr Palatasında 238 yer qazanan demokratlar 8 ildən sonra ilk dəfə respublikaçıları məğlub ediblər. Respublikaçılar isə 197 mandata sahibləniblər. Konqresin yuxarı palatası olan Senatda isə əksinə, 50 mandatla respublikaçılar 41 yer əldə edən demokratları üstələyib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Rusiya   Konqress   ABŞ  





Xəbər lenti