Trampın “Birinci Amerika”sına “Birləşmiş Avropa” ilə cavab

  07 Noyabr 2018    Oxunub : 1939
 Trampın “Birinci Amerika”sına “Birləşmiş Avropa” ilə cavab
“ABŞ-ın sərhədlərin daha da daraldılması, proteksionist iqtisadi siyasət və birtərəfli diplomatiyadan ibarət “Birinci Amerika” gündəliyinə “Birləşmiş Avropa” ilə cavab verməliyik.”
Azvision.az xəbər verir ki, Almaniya xarici işlər naziri Hayko Maas bu cür bəyanatla çıxış edib. O, həmçinin ümid edib ki, ABŞ-da Konqresə keçirilən aralıq seçkiləri nəticəsində Nümayəndələr Palatasına nəzarəti ələ alan Demokratlar partiyası qazandıqları bu yeni “güc”dən istifadə edərək Trampın siyasətinə daha ciddi təsir göstərəcəklər.

“Biz, bunun nə dərəcədə təsirli olacağını izləyib görəcəyik. Ümid edirik ki, bu əməkdaşlıq konstruktiv olacaq və beynəlxalq siyasətdə də faydalı nəticələrə gətirib çıxaracaq”, – deyə alman nazir vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Avropa   Almaniya   ABŞ