Daha bir səudiyyəli jurnalist qətlə yetirilib

Daha bir səudiyyəli jurnalist qətlə yetirilib
  08 Noyabr 2018    Oxunub:3500
Jurnalist Türki bin Əbdül Əziz əl-Yaser Səudiyyə Ərəbistanında işgəncələrə məruz qalaraq qətlə yetirilib.

“New Khaleej” nəşrinin yaydığı məlumata görə, jurnalist Camal Kaşoqinin qətlindən cəmi bir ay sonra həbsxanada öldürülüb. Məlum hadisə ilə bağlı Səudiyyə rəsmiləri hər hansı açıqlama yaymayıblar.
Qeyd edək ki, Əl-Yaser 2017-ci ildə “Twitter”də gizli olaraq “Kashkool” hesabında məlumatlar yerləşdirdiyi üçün həbs edilmişdi. Həmin hesabda jurnalist vəzifəli şəxslər və kral ailəsinin üzvləri tərəfindən insan haqlarının pozulmasını ifşa edirdi.

Azvision.az



Teqlər: Səudiyyə   Jurnalist  





Xəbər lenti