Müsavat yenə meriyaya müraciət edəcək

Müsavat yenə meriyaya müraciət edəcək
  30 Oktyabr 2013    Oxunub:1046
Müsavat partiya qurultayına yer ayrılması üçün yenidən Bakı şəhər İcra Hakimiyyətinə müraciət etməyi düşünür.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı AzVision.az-a açıqlamasında qurultay məsələsinin partiyada müzakirəyə çıxarılacağını bildirib.

“Müsavat Partiyası Qurultayının təşkilat komitəsi meriyaya müraciət məsələsini müzakirə edəcək. Yaxın günlərdə qərar veriləcək”.

Fatimə Kərimli



Teqlər:





Xəbər lenti