ABŞ Türkiyə ilə ortaq anti-terror əməliyyatlarını maliyyələşdirəcək

  08 Noyabr 2018    Oxunub : 1715
ABŞ Türkiyə ilə ortaq anti-terror əməliyyatlarını maliyyələşdirəcək
ABŞ-ın Türkiyədəki səfirliyi ikitərəfli əməkdaşlığın vacib məsələlərinə toxunan layihələrin inkişafı üçün 100 min dollar məbləğində açıq qrantlar müsabiqəsi elan edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin tender sənədlərilə tanış olan “Russia Today” məlumat yayıb.

Sənədlərdə ABŞ və Türkiyə ikitərəfli əməkdaşlığında maliyyənin ayrılacağı əsas istiqamətlərindən biri kimi təhlükəsizlik sahəsində ümumi maraqların müdafiəsi və xüsusən də, birgə anti-terror əməliyyatlarının keçirilməsi və Suriyada sabitliyin təmini göstərilib.

“Qrantların ayrılacağı layihələrə İŞİD və digər ekstremist qruplaşmaların məhvi məqsədilə ABŞ-la Türkiyə arasındakı əməkdaşlığın inkişafı və ona dəstəyə istiqamətlənən layihələr, Türkiyə ərazisində həyata keçiriləcək və Suriyada vəziyyətin sabitləşdirilməsinə istiqamətlənəcək layihələr, o cümlədən də, terrorizm və transmilli cinayətkarlıqla mübarizə üzrə istənilən təşəbbüs daxildir”, – deyə ABŞ səfirliyinin sənədlərində qeyd edilib.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Türkiyə   Suriya   ABŞ   İŞİD