Elnur Camalxanov: “İşdən öz ərizəmlə çıxdım”

Elnur Camalxanov: “İşdən öz ərizəmlə çıxdım”
  30 Oktyabr 2013    Oxunub:2983
“Bundan sonra bizneslə məşğul olacağam”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində növbəti kadr dəyişikliyi həyata keçirilib. Nazirliyin Aparat rəhbərinin müavini Elnur Camalxanov və bir neçə məsul şəxs tutduqları vəzifədən gediblər.

AzVision.az-a açıqlamasında Elnur Camalxanov işdən çıxdığını təsqid edib. O vəzifəsindən öz ərizəsi ilə getdiyini bildirib.

“Könüllü olaraq öz ərizəmlə işdən azad olunmuşam. Bura biznes fəaliyyətindən gəlmişdim, bizneslə də məşğul olacağam”.

Şəhanə Rəhimli



Teqlər:





Xəbər lenti