Astanada KTMT liderlərinin görüşü keçirilir

Astanada KTMT liderlərinin görüşü keçirilir
  08 Noyabr 2018    Oxunub:2938
Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderlərinin iştirakı ilə təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının iclası keçirilir.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iclas öncə Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan prezidentləri və Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanın iştirak etdiyi məhdud tərkibdə və bağlı qapılar arxasında keçirilir. Daha sonra isə üzv ölkələrin nümayəndələrindən ibarət geniş tərkibdə toplantı baş tutacaq.

Qeyd olunur ki, liderlərin qapalı iclasında müzakirə olunan əsas məsələlərdən biri KTMT-nin yeni baş katibinin təyinatı ilə bağlıdır.

Regional təhlükəsizlik və aktual beynəlxalq mövzuların, o cümlədən, Suriyada münaqişənin nizamlanması və Əfqanıstandakı vəziyyətin müzakirə olunacağı geniş tərkibdə iclasdan sonra KTMT üzvlərinin 20-yə yaxın sənəd imzalayacağı gözlənilir.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Ermənistan   KTMT   Rusiya   Astana  





Xəbər lenti