Yaponiyada radiasiya sızıntısı olub
Bildirilir ki, radiasiya sızıntısı plutoniumun dəyişdirilməsini inkişaf etdirən obyektdə olub və radiasiyanın səviyyəsi 833 bekkerel (radioaktiv mənbənin aktivliyini ölçmə vahidi) təşkil edib.
Obyektin işçiləri radiasiya çirklənməsini ötən gün qaz və mayeni buraxmayan, havakeçirməz kip qapadılmış konteynerdə aşkar ediblər. Yaponiyanın Atom Enerjisi Agentliyinin məlumatına əsasən, sızıntıya səbəb konteyner qapağının kipliyini təmin edən rezin kompressorun aşınması olub.
Qeyd olunur ki, radiasiya sızıntısı nəticəsində nüvə obyektinin işçilərinə xəsarət dəyməyib və ətraf mühitə ziyan vurulmayıb.
Leyla Elbrusqızı
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


