Səhiyyə Nazirliyindən ana ölümləri ilə bağlı açıqlama
O bildirib ki, ana ölümlərinin səbəbləri əsasən onların səhhətində qüsurlarla bağlıdır: “Həkim səhvinin olması hələ ki, aşkarlanmayıb. Axırıncı 3-4 ana ölümü ilə bağlı araşdırmalar gedir. Bu araşdırmalar həm doğuşa yardım komissiyası, həm də tibbi ekspertiza tərəfindən aparılır, ona görə də vaxt tələb edir. Çünki orada 9 ay ərzində xəstə hansı həkimlərə müraciət edib, bu müddət ərzində hansı həkimlər onu yoxlayıb və s”.
Anar Qədirlinin sözlərinə görə, Səhiyyə Nazirliyi il ərzində bir neçə dəfə rəsmi açıqlama verib, bu açıqlamalar həm televiziyalar, həm də mətbuat vasitəsilə yayılıb: “Son statistik məlumatlara görə, ana ölümlərinin sayı artmayıb. Keçən il bu rəqəm 14 promil idi, bu il də göstərici həmin rəqəmi keçməyib”.
A.Qədirli onu da əlavə edib ki, ölüm halları baş verəndən sonra biz konkret mövqe bildirməyə tələsmirik: “Jurnalistləri də tələsməməyə çağırırıq. Çünki tibbi ekspertiza var, həkim emosional vəziyətdə nə isə demiş ola bilər, xəstənin qohumları nə isə demiş ola bilər və s. Bunların hamısı araşdırılır”.
Fatimə