Tamahkar erməninin Türkiyədə acınacaqlı sonu

Tamahkar erməninin Türkiyədə acınacaqlı sonu
  09 Noyabr 2018    Oxunub:2773
Türkiyənin Kayseri əyalətinin Yəhyalı rayonunda xəzinə ovuna çıxan 2 ermənidən biri ölüb.

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, onlar qayalıqda guya ermənilər tərəfindən gizlədildiyi iddia olunan xəzinəni ələ keçirmək istəyiblər.
Bu məqsədlə dinamit partladaraq xəzinəyə aparan yola çıxmaq və onu götürməyə çalışıblar. Lakin partlayış nəticəsində ermənilərdən biri öz tamahının qurbanına çevrilərək ölüb. Digəri isə yaralanıb.

Hadisə yerinə gələn Türkiyə polisi ölən erməninin dinamit partlayışından sonra qayanın uçması nəticəsində öldüyünü aydınlaşdırıb. Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Erməni   Türkiyə  





Xəbər lenti