Türkiyədə 103 hərbçinin həbsinə qərar verildi

  09 Noyabr 2018    Oxunub : 1352
 Türkiyədə 103 hərbçinin həbsinə qərar verildi
Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan 103 hərbi qulluqçu barəsində həbs qərarı verilib.
Azvision.az xəbər verir ki, hərbçilərin FETÖ qruplaşmasına üzv olduğu faktlarla təsbit olunub. Onlar ordu ilə bağlı məxfi məlumatları FETÖ-yə ötürməkdə ittiham ediliblər.

İstintaq çərivəsində hərəkətə keçən İstanbul polisi 32 bölgədə əməliyyat aparıb. Bu günə qədər 74 şübhəli şəxs saxlanılıb.

Azvision.az

Teqlər: Türkiyə   Hərbçi