Mətbuat katibi jurnalistlərdən gileyləndi

Mətbuat katibi jurnalistlərdən gileyləndi
  30 Oktyabr 2013    Oxunub:983
Hər bir səhiyyə sistemi bu hallarla mübarizə aparmalıdır
`Biz istəyirik ki, həkim səhvləri və həkim səhlənkarlığı ilə bağlı seminar keçirək. Çünki bunlar arasındakı fərqi media işçiləri təəssüf ki, ayıra bilmir. Burada nüanslar var. İstəyirik ki, səhiyyə üzrə işləyən jurnalistlər üçün bunu açaq və onlar ayırd edə bilsin. Bilsinlər ki, həkim səhvləri necə olur, həkim səhlənkarlığı necə olur`.

AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyib.

O, vurğulayıb ki, həkim səhvlərinə gəldikdə isə bu hallar dünyada da müşahidə olunur: `ABŞ-da il ərzində 130 min həkim səhvi müşahidə olunur ki, bunlar ölümlə nəticələnib. Hər bir səhiyyə sistemi bu hallarla mübarizə aparmalıdır. Bu obyektiv fakt deyil. Səhiyyə Nazirliyi də elə bir orqandır ki, belə halları araşdırıb aşkar eləməlidir. Bu istiqamətdə də nazirlik tərəfindən də mütəmadi monitorinqlər aparılır`.


Teqlər:  





Xəbər lenti