Həkim xəstənin sağlam böyrəyini şiş zənn edərək kəsdi

Həkim xəstənin sağlam böyrəyini şiş zənn edərək kəsdi
  09 Noyabr 2018    Oxunub:2881
ABŞ vətəndaşı Morin Paçeko onu əməliyyat edərək şişi götürmək əvəzinə, sağlam böyrəyini kəsib çıxaran həkimləri məhkəməyə verib.
Azvision.az xəbər verir ki, bu barədə “Palm Beach Post” yazıb. Qeyd olunur ki, Florida ştatının 51 yaşlı sakini Morin Paçeko yol qəzası zamanı aldığı sınıqların düzgün birləşməməsi səbəbəindən uzun illərdir belindəki ağrılardan şikayətlənib. Xəstəxanaya gedən xanıma həkimlər əməliyyat olunmağı məsləhət görüblər.

Lakin əməliyyat zamanı həkim-cərrah Ramon Vaskes xəstənin sağlam böyrəyini şiş zənn edərək, onu kəsib atıb. Bir ay keçdikdən sonra patoloji mütəxəssis kəsilən böyrəyin sağlam olduğunu təsdiq edib.

Floridanın Səhiyyə Departamenti də həkim Vaskesə qarşı inzibati şikayət verib. Qurumdan bildirilib ki, həkimin qoyduğu diaqnoz xəstənin sağlamlığının real vəziyyətinə uyğun omayıb.

Əgər məhkəmə zərərçəkmiş Morin Paçekonun şikayətini təmin edərsə, Vaskes həkimlik lisenziyasından məhrum ediləcək və 250 min dollar cərimə ödəməli olacaq. O da qeyd olunub ki, bu insidentədək Vaskesin həkimlik fəaliyyəti qüsursuz olub.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: ABŞ   Həkim   Böyrək  





Xəbər lenti