Somalidəki terrorda ölü sayı 50-yə çatıb - Yenilənib

  10 Noyabr 2018    Oxunub : 2862
Somalidəki terrorda ölü sayı 50-yə çatıb - Yenilənib
Moqadişoda baş vermiş partlayışda ölənlərin sayı 50 nəfərə çatıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə zamanı 58 nəfər xəsarət alıb. Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.

***
Somalinin paytaxtı Moqadişo şəhərində ard-arda dörd terror aktı törədilib.

Azvision.az xarici mətbuata istinadən xəbər verir ki, öncə terrorçu-kamikadzelər Moqadişodakı "Sahafi Hotel" mehmanxanasının qarşısında özünü partladıblar.

Daha iki partlayış tibb işçiləri hadisə yerinə gələn zaman baş verib. Törədilən partlayışlar nəticəsində 30 nəfər ölüb, 17 nəfər yaralanıb. Partlayışlara görə məsuliyyəti "Əş-Şəbab" terror qruplaşması öz üzərinə götürüb.

Azvision.az

Teqlər: Terror   Somali