Dəhşətli yanğın dünya ulduzlarının evlərinə yaxınlaşır - FOTOLAR

Dəhşətli yanğın dünya ulduzlarının evlərinə yaxınlaşır -  FOTOLAR
  10 Noyabr 2018    Oxunub:4758
ABŞ prezidenti Donald Tramp Kaliforniya ştatında baş verən kütləvi meşə yanğınlarının getdikcə yayılaraq təhlükəli xarakter alması ilə əlaqədar ştatda fövqəladə vəziyyət elan edib.
Azvision.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı məlumatda bildirilib. Qeyd olunub ki, Tramp yerli icra hakimiyyətinə kömək üçün federal yardım edilməsini tapşırıb.

Son məlumatlara görə, Kaliforniyada 8 noyabrdan etibarən yayılmağa başlayan meşə yanğınları nəticəsində 9 nəfər həyatını itirib. Onlardan 5-nin cəsədi yanğın zonasındakı avtomobillərdən birinin içərisində tapılıb. 36 min hektar ərazini əhatə edən yanğın həmçinin, 7 mindən çox yaşayış evinə ziyan vurub, 250 minə yaxın insan evlərini tərk etməli olub.

Yanğın amerikalı ulduzların yaşadığı Hidden Hillz, Kalabasasa və Malibu məhəllələrinə də yayılıb. Nəticədə hazırda erməni Kim Kardaşyanın ögey atasının yaşadığı ev tamamilə yanıb. Kardaşyan həyat yoldaşı Kanye Uest və uşaqları ilə birlikdə evakuasiya ediliblər. Yanğın Smit, Ledi Qaqa və digər tanınmış simaların da milyonlarla dollar dəyərindəki evlərinə doğru yaxınlaşır.









Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kaliforniya   ABŞ  





Xəbər lenti