Qardaşı Füzuli Ələkbərov haqda danışmaq istəmədi

Qardaşı Füzuli Ələkbərov haqda danışmaq istəmədi
  30 Oktyabr 2013    Oxunub:1669
Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələbərovla bağlı müxtəlif məlumatlar yayılıb. Eks-nazirin postunu itirdikdən sonra ölkədən getdiyi bildirilir.
Məlumatları dəqiqləşdirmək üçün eks-nazirlə əlaqə saxlamağa cəhd göstərdik. Dəfələrlə çalışsaq da sabiq nazirin telefonu bağlı olduğundan ondan hər hansı xəbər ala bilmədik.

Daha sonra AzVision.az eks-nazirin qardaşı, İsmayıllı rayonunun keçmiş icra başçısı Nizami Ələkbərova telefon açıb.

Füzuli Ələkbərovla bağlı sualımızı dinlədikdən sonra N.Ələkbərov bu haqda danışmaq istəmədiyini deyərək telefonun dəstəyini asıb.

Qeyd edək ki,ölkə başçısının sərəncamı ilə Nizami Ələkbərov İsmayıllı rayonunun icra başçısı postundan, Füzuli Ələkbərov isə əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad ediliblər.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti