Azərbaycanın İsveçdəki səfirliyi bağlanır? - XİN-dən açıqlama

  10 Noyabr 2018    Oxunub : 3091
 Azərbaycanın İsveçdəki səfirliyi bağlanır? - XİN-dən açıqlama
Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri vəzifəsini icra edən Leyla Abdullayeva Azərbaycanın İsveçdəki səfirliyinin bağlanacağı barədə məlumatlara aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, L.Abdullayevanın sözlərinə görə, rəsmi Bakı Stokholmda səfirliyi bağlamaq niyyətində deyil.

XİN rəsmisi bildirib: "Əksinə, Azərbaycanın həyata keçirdiyi fəal xarici siyasəti və beynəxalq birlik tərəfindən artan hörmətini nəzərə alaraq, xaricdəki nümayəndəliklərimizin sayını artırmaq niyyətindəyik".

Azvision.az

Teqlər: XİN   Leyla-Abdullayeva