ABŞ İrana qarşı məğlubiyyətini etiraf edib - Ruhani

 ABŞ İrana qarşı məğlubiyyətini etiraf edib -  Ruhani
  10 Noyabr 2018    Oxunub:3186
“ABŞ İranın neft ixracını sıfıra endirə bilməyəcəyini etiraf etdi”


Azvision.az xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bu gün yaydığı bəyanatda deyib.
“İran İslam Respublikasının hakimiyyəti bəyan edib ki, amerikalılar İran neftinin ixracını sıfıra endirə bilməyəcəklər. Amma onlar hələ də bunu bacaracaqlarını təkrarlamağa davam edirlər. Lakin bu günlərdə onlar etiraf etdilər ki, İrandan neft ixracını sıfıra endirməyə nail ola bilməyəcəklər”, - deyə Ruhani vurğulayıb.

O, həmçinin bildiirb ki, İrana qarşı sanksiyaların ikinci paketinin ölkə iqtisadiyyatına heç bir təsiri olmayıb, “çünki amerikalılar İran xalqına qarşı əllərində olan bütün güllələri daha əvvəl istifadə ediblər. Və indi onların təklif edəcəyi başqa şey yoxdur”.

Xatırladaq ki, 5 noyabrdan etibarən ABŞ-ın İrana qarşı enerji, maliyyə-bank və gəmi daşımaları sektorlarına qarşı yeni sanksiyaları qüvəyə minib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: İran   ABŞ  





Xəbər lenti