Mikayıl Cabbarovdan yeni kadr dəyişikliyi

Mikayıl Cabbarovdan yeni kadr dəyişikliyi
  30 Oktyabr 2013    Oxunub:1182
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanın üç müavinindən ikisi dəyişdirildi.
Azərbaycan Respublikası təhsil nazirinin müvafiq əmrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsində struktur dəyişiklikləri aparılıb

Təhsil Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, dəyişikliklərin əsas məqsədi BŞTİ-nin fəaliyyətinin səmərəliliyinin artırılmasından, idarəetmədə müasir üsulların tətbiqinə və şəffaflığın təmin edilməsinə nail olmaqdan ibarətdir.

Yeni struktura uyğun olaraq, Nailə Rzaquliyeva Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri, Məmmədəli Kəsəmənli, Nərgiz Səfərova və Hüseyn Əsgərov BŞTİ-nin müdir müavinləri vəzifələrinə təsdiq olunublar. Təhsil İdarəsi müdirinin birinci müavini vəzifəsinin icrası Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Elnur Əliyevə həvalə edilib.

İdarədə digər kadr dəyişiklikləri də aparılıb.

AzVision.az-ın məlumatına görə, bundan öncə N.Rzaquliyevanın müavinləri Bayramov Məhəmməd , Qəzənfərov Müslüm və Hüseyn Əsgərov idi. İndi isə B.Məhəmməd və Q.Müslüm vəzifələrindən kənarlaşdırılıblar.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti