Koçaryan Avropa Məhkəməsinə şikayət etdi

 Koçaryan Avropa Məhkəməsinə şikayət etdi
  11 Noyabr 2018    Oxunub:3323
Ermənistanda konstitusiya quruluşunun devrilməsində ittiham olunan sabiq prezident Robert Koçaryanın vəkilləri Avropa İnsan Haqları Məhkəməsinə şikayətlə müraciət ediblər.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Koçaryanın vəkili Aram Orbelyan bildirib.

“Biz baş verənlərin ədalətli məhkəmə istintaqının, məhkəmə müdafiəsinin və hüquqların müdafiəsinin konvensiyaya uyğun olub-olmaması barədə şikayətlə müraciət etmişik. Hazırda təfərrüatlarını təqdim edə bilmərəm. Bazar ertəsi bəyanatla çıxış edəcəyik”, - Koçaryanın vəkili deyib.

Azvision.az





Teqlər: Koçaryan  



Xəbər lenti