Əfqanıstanda növbəti terror: 25 ölü, 17 yaralı

 Əfqanıstanda növbəti terror:  25 ölü, 17 yaralı
  12 Noyabr 2018    Oxunub:2851
Əfqanıstanın Qazni vilayətində “Taliban” terror qruplaşmasının hücumu nəticəsində 25 nəfər ölüb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, ölənlərdən 10-u güc strukturlarının nümayəndəsi, 15 nəfəri isə dinc sakindir. Hücum nəticəsində 17 nəfər yaralanıb.

Azvision.az



Teqlər: Əfqanıstan   Terror  





Xəbər lenti