İstanbulda əməliyyat: 29 nəfər saxlanılıb

  12 Noyabr 2018    Oxunub : 1906
İstanbulda əməliyyat: 29 nəfər saxlanılıb
İstanbul Prokurorluğunun təlimatı ilə “Şəxsiyyət vəsiqəsini gətir, kupçanı götür” şüarı ilə 100 sakini aldadan 41 şübhəli şəxsə qarşı 8 bölgədə əməliyyat keçirilib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ev satma bəhanəsi ilə sakinləri aldadan 29 nəfər artıq saxlanılıb. Digər şübhəlilərin saxlanılması istiqamətində tədbirlər davam edir.

Kənan Məmmədov
AzVision.az

Teqlər: Türkiyə   Korrupsiya