“Qarabağ münaqişəsinin tərəfləri əlavə tədbirlər görməlidir” - Lukaşeviç

“Qarabağ münaqişəsinin tərəfləri əlavə tədbirlər görməlidir” - Lukaşeviç
  12 Noyabr 2018    Oxunub:3731
“Atəşin dayandırılması ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçilik missiyasının məhsuldarlığının və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının əsas aspektləri üzrə kompromisə doğru irəliləyişin vacib şərtidir”
Azvision.az xəbər verir ki, bunu Rusiyanın ATƏT yanında daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib. Onun Dağlıq Qarabağ münaqişəsinin həllinə dair açıqlaması Rusiyanın ATƏT-dəki Daimi Nümayəndəliyinin rəsmi "Tvitter" səhifəsində qeyd olunub.

Lukaşeviçin sözlərinə görə, Azərbaycanla Ermənistan arasındakı sərhəddə və Dağlıq Qarabağda qoşunların təmas xəttində nisbi sabitlik qorunub saxlanır, “sükut” rejiminin pozulması halları azalır. Bu kontekstdə, rusiyalı diplomat münaqişə tərəflərini mövcud nisbi sabitliyi əlavə tədbirlərlə möhkəmləndirməyə çağırıb.

“Tərəfləri bu pozitiv tendensiyanı Dağlıq Qarabağda gərginliyin azaldılması üzrə əlavə tədbirlərlə möhkəmləndirməyə çağırırıq. Qısamüddətli seçki fasiləsindən sonra Azərbaycanla Ermənistan arasında intensiv əlaqələr bərpa edilib. 2018-ci ilin 28 sentyabrında MDB dövlət başçıları şurasının Düşənbədəki iclası çərçivəsində məhsuldar görüş baş tutub. Münaqişə tərəflərinin Dağlıq Qarabağ probleminin səmərəli həllinin işlənib hazırlanması yönündə ATƏT-in Minsk qrupunun həmsədlər “üçlüyünün” kollektiv vasitəçi qismində səyləri yüksək qiymətləndirməyə və Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə şərtsiz dəstəyə layiqdir”.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Azərbaycan   Ermənistan   DağlıqQarabağ   Rusiya   ATƏT   Minskqrupu  





Xəbər lenti