Klinton 2 ildən sonra prezident olmaq istəyir
O, əvvəlki seçkilərdə məğlubiyyət kimi “kiçik” bir uğursuzluğun onun Ağ Evə doğru yolunda maneəyə çevrilməsinə imkan verməyəcək... Klinton 2016-cı ildə Prezident Trampa uduzmasının onun siyasi karyerasına son qoymasına yol verməyəcək. Odur ki, xanım Klintonun iştirakı ilə yeni seçkiqabağı mübarizə gözləyin. Ola bilsin, o, bunu Senata seçilmiş demokratların çoxu kimi, indi elan etməyəcək, amma daha sonra, ilkin səsverməyə qədər şəksiz edəcək.
M.Pennin sözlərinə görə, əvvəlki seçkiqabağı kampaniya zamanı hansı addımların yanlış olduğunu təhlil etmək və yeni strategiya hazırlamaq üçün Klintonun 2 il vaxtı olub. Qeyd etmək lazımdır ki, ötən ay Klintonun özü prezident seçkilərinə qatılmaq planları barədə suala yayğın cavab verib. O deyib ki, “seçkiqabağı mübarizə istəməzdi, amma prezident olmaq istərdi”.
Azvision.az