ABŞ Rusiyanın milyardlar xərclədiyi layihəyə qarşı

 ABŞ Rusiyanın milyardlar xərclədiyi layihəyə qarşı
  13 Noyabr 2018    Oxunub:2248
ABŞ “Türk Axını” və “Şimal Axını-2” layihəsinə qarşı mübarizəsini davam etdirir.
AzVision.az xəbər verir ki, belə bir bəyanatla ABŞ-ın enerji naziri Risck Perry çıxış edib. O, bildirib ki, bunun bir neçə səbəbləri var: “Ukrayna və Avropa tək qaynaqdan enerji tədarükünün əsiri halına gəlməməlidir”.

Qeyd edək ki, “Türk axını” boru kəməri ilə Rusiya təbii qazının Türkiyəyə və Avropaya nəqli planlaşdırılır. Layihə Qara dəniz üzərindən Türkiyənin Avropa hissəsinədək və daha sonra Yunanıstan sərhədinədək qaz boru kəmərinin tikintisini nəzərdə tutur. Kəmərin dəniz hissəsinin uzunluğu 910 kilometrə yaxın, quru hissəsi isə Türkiyə ərazisi üzrə 180 kilometrdir. Boru kəmərinin birinci xətti Türkiyə bazarı, ikincisi Cənubi və Cənub-Şərqi Avropa ölkələri üçün nəzərdə tutulur. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

Dəyəri 10 milyard avro məbləğində olması gözlənilən "Şimal Axını 2" layihəsi ilə ildə 55 milyard kubmetrlik Rusiya qazının Baltik dənizi üzərindən Almaniyaya nəql edilməsi planlaşdırılır. "Şimal Axını-2" layihəsində 200 kilometrlik boru xətti çəkildi.

Kənan Məmmədov
AzVision.az


Teqlər: ABŞ   Enerji   TürkAxını  





Xəbər lenti