Qəzzadan İsrailə 370 raket atılıb: Ölən və yaralılar var

 Qəzzadan İsrailə 370 raket atılıb:  Ölən və yaralılar var
  13 Noyabr 2018    Oxunub:2544
Qəzza zolağından İsrail ərazisinə 370 raket buraxılıb.

Azvision.az xəbər verir ki, bu barədə İsrail müdafiə ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, raketlərdən 100-ü “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri ilə vurulub.
Qeyd olunub ki, təkcə 7 saat ərzində Qəzzadan İsrailə 70 raket atılıb. “Haaretz” nəşrinin məlumatına görə, raket atəşləri nəticəsində bir nəfər ölüb, 70 dinc sakin yaralanıb.

İlkin Nəcəfzadə
Azvision.az


Teqlər: İsrail   Qəzza  





Xəbər lenti