ABŞ Yaponiyaya 10 ədəd F-35 qırıcısı verir

ABŞ Yaponiyaya 10 ədəd F-35 qırıcısı verir
  13 Noyabr 2018    Oxunub:2219
ABŞ bu ilin sonunadək Yaponiyaya 10 ədəd F-35 qırıcı təyyarəsi verəcək. 2019-cu ildə isə Vaşinqton Tokionu daha 6 ədəd F-35 qırıcısı ilə təchiz edəcək.
Azvision.az xəbər verri ki, bu barədə ABŞ vitse-prezidenti Mayk Pens Tokioda Yaponiya baş naziri Şinzo Abe ilə görüşdən sonra keçirdiyi mətbuat-konfransında bəyan edib.

“Bu ilin sonunadək biz Yaponiyaya 10 ədəd F-35 qırıcıları, 2019-cu ildə isə daha 6-sını təhvil verəcəyik”, - Pens bildirib. Onun sözlərinə görə, bununla da Vaşinqton Yaponiyaya hərbi texnologiyaların satışının sürətləndirilməsi barədə ABŞ prezidenti Donald Trampın verdiyi vədi yerinə yetirmiş olacaq.

Qeyd edək ki, Tokio Çinin artan hərbi aktivliyi fonunda 2024-cü ilədək Yaponiyanın özünümüdafiə qüvələrini 42 qırıcı təyyarə ilə təchiz etmək niyyətindədir. Bu təyyarələr Miyadzaki, İbaraki və digər prefekturalardakı hərbi bazalarda yerləşdiriləcək. Bununla da, 2028-ci ildə Yaponiya 62 qırıcı təyyarəyə malik olacaq.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Yaponiya   ABŞ  





Xəbər lenti