İsrail Qəzza sərhəddinə hərbi texnika yığır - 8 fələstinli ölüb
Qeyd edək ki, ötən gündən etibarən “Həmas” Qəzzadan İsrail mövqelərinə 370 raket buraxıb. İsrail ordusu raketlərdən 100-nü “Dəmir günbəz” hava hücumundan müdafiə sistemləri ilə zərərsizləşdirə bilib. Həmçinin, cavab hücumu ilə İsrail ordusu “Həmas”ın Qəzzadakı 150 obyektinə zərbələr endirib.
“Voennoe obozrenie” mənbələrə istinadən yazıb ki, hücumlar nəticəsində 8 fələstinli və İsrail tərəfdən bir nəfər ölüb, onlarla yaralı var. İsrail tərəfdən ölən şəxsin İsrail ordusunun polkovnik-leytenantı olduğu bildirilir.
Beynəlxalq birliyin, o cümlədən də, BMT, Misir və Fələstin milli hökumətinin çağırışlarına baxmayaraq, Qəzzada atışmalar hələ də davam edir.
Leyla Elbrusqızı
Azvision.az
Teqlər: Qəzza Fələstin İsrail Həmas