Kaşoqinin qətlinə dair yeni telefon danışığı üzə çıxdı

  13 Noyabr 2018    Oxunub : 2538
Kaşoqinin qətlinə dair yeni telefon danışığı üzə çıxdı
Səudiyyəli jurnalist Camal Kaşoqini qətlə yetirmək üçün Türkiyəyə gələn 15 nəfərlik dəstə üzvlərindən biri Mahir Əbdüləziz Mutrebin cinayətdən sonra telefon danışığı ortaya çıxıb.
AzVision.az xəbər verir ki, “The New York Times”da yer alan məqalədə cinayətin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın sifarişi ilə törədildiyinə işarə edilib.

Məqalədə qeyd olunub ki, vəliəhd şahzadə Məhəmməd bin Salmanı mühüm xarici səfərlərdə müşaiyət edən Mutreb, cinayətdən qısa zaman sonra ərəbcə telefon danışığında ad çəkmədən deyib: “Rəhbərinizə deyin, adamlar işlərini bitirdi”.

Qəzetin iddiasına görə, Türkiyə kəşfiyyatçıları amerikalı həmkarlarına telefon danışığında adı hallanan “rəhbər”in vəliəhd şahzadə, Mutrebin telefonla danışdığı şəxsin isə Salmanın köməkçilərindən biri olduğu deyiblər

Səudiyyə Ərəbistanının açıqlamasında isə vəliəhd şahzadənin cinayətdən xəbərdar olmadığı vurğulanıb. Telefon danışığındakı “rəhbərinizə deyin” hissəsi ilə bağlı bildirilib: “Türkiyə kəşfiyyatı bizə səs yazısını dinlədib. Hazırda qeyd olunan hissəyə rast gəlməmişik”.

Həmçinin vurğulanıb ki, səs yazıları Salmanla yaxın əlaqələrə malik ABŞ prezidenti Donald Trampın hökuməti üzərində təzyiqi artıracaq.

Kənan Məmmədov
Azvision.az

Teqlər: Kaşoqqi   Kaşıkçı   Səudiyyə   ABŞ   Tramp