ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi

 ABŞ Rusiyanı yeni sanksiyalarla hədələdi
  13 Noyabr 2018    Oxunub:2609
ABŞ Rusiyaya qarşı hazırkı sanksiyalarını saxlayacaq və Krımla Donbass Ukrayna hakimiyyətinin nəzarəti altına keçməyənədək Vaşinqton Moskvaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
Azvision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin 11 noyabrda Donbassda keçirilən seçkilərlə əlaqədar yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, “Luqansk Xalq Respublikası” və “Donetsk Xalq Respublikası”nda keçirilən seçkilər qanunsuzdur və Vaşinqton onların leqitimliyini tanımır.

“ABŞ Rusiyanın nəzarət etdiyi Şərqi Ukraynada noyabrın 11-də keçirilən saxta “seçkiləri” qınayan Avropa və digər tərəfdaşlarının mövqeyinə qatılır. Bu seçkilər Ukrayna münaqişəsinin nizamlanmasını nəzərdə tutan Minsk razılaşmalarına ziddir və Moskva bu razılaşmaların müddəalarını yerinə yetirməyənədək ABŞ Rusiyaya qarşı sanksiyaların tətbiqini davam etdirəcək”, – bəyanatda bildirilir.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Donbass   ABŞ   Rusiya  





Xəbər lenti