NATO-dan Liviyadakı əməliyyatlarla bağlı etiraf
“Hərdən Avropadakı müttəfiqlər ABŞ-ın iştirakı olmadan nəyisə müstəqil şəkildə etməlidirlər. Liviyadakı əməliyyatları yaxşı xatırlayıram. O zaman mən Norveçin baş naziri idim və əmliyyatlara qoşulmaq barədə qərar verdim. Amma sonra biz anladıq ki, NATO-nun və ABŞ-ın köməyinə, onların hərbi imkanlarına və komanda strukturlarına ehtiyac duyuruq” – Stoltenberq bəyan edib.
NATO-nun baş katibi Liviyadakı əməliyyatlara bir növ haqq qazandıraraq onu da vurğulayıb ki, çox zaman “strateji muxtariyyət”dən danışılarkən söhbətin nədən getdiyi tam aydın olmur - sanki təkbaşına (köməksiz) strateji tədbir keçirilməlidir kimi başa düşülür: “Lakin bunun məntiqli olduğunu düşünmürəm”.
Leyla Elbrusqızı
Azvision.az