Məmmədyarovla erməni nazir Milanda görüşə bilər

Məmmədyarovla erməni nazir Milanda görüşə bilər
  13 Noyabr 2018    Oxunub:3880
2018-ci ilin sonunadək Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Zohrab Mnatsakanyan arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüş keçirilə bilər.
Azvision.az xəbər verri ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyan keçirdiyi brifinqdə deyib. Bildirib ki, Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan 6-7 dekabr tarixlərində İtaliyanın Milan şəhərində keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Bu kontekstdə, jurnalistlərin “İclas çərçivəsində Mnatsakanyanın Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılırmı?” sualını cavablandıran Naqdalyanın sözlərinə görə, ilin sonunadək belə bir görüş keçirilə bilər.

“Minsk qrupunun həmsədrləri ilin sonunadək Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilməsini təklif ediblər. Görüşün yeri və vaxtı hər iki tərəflə dəqiqləşdirildikdən sonra ictimaiyyətə məlumat veriləcək”, – deyə Ermənistan XİN-in mətbuat katibi bildirib.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Azərbaycan   XİN   Məmmədyarov  





Xəbər lenti