`Rusiyanın Azərbaycana silah satması qanunla qadağan edilmir`

`Rusiyanın Azərbaycana silah satması qanunla qadağan edilmir`
  31 Oktyabr 2013    Oxunub:1052
Rusiya rəsmisi İrəvanda erməniləri məyus etdi.
Rusiyanın Azərbaycana silah satması hər hansı bir qanunla, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) heç bir norma və qaydaları ilə qadağan edilmir. AzVision.az erməni mətbuatına istinadən bildirir ki, bu barədə bu gün İrəvanda KTMT Parlament Assmableyasının müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədri Anatoli Vıbornıy erməni jurnalistlərin suallarını cavablandıran zaman bildirib.

Onun sözlərinə Rusiya KTMT üzvü kimi başqa ölkələr qarşısında öhdəliklərini qanunlara uyğun şəkildə yerinə yetirir. Erməni jurnalistləri suallarında KTMT üzvü Rusiyanın Erməistanla müharibə vəziyyətində olan Azərbaycana silah satmasından narahatlıq ifadə etmişdilər.

A.Vıbornıy isə KTMT Parlament Assambleyasının Müdafiə və təhlükəsizlik komissiyasının iclasında Azərbaycana silah satışının da müzakirə olunduğunu söyləyib: “Biz sizin narahatlığınızı nəzərə alacağıq. Ermənistan ərazisində iclas keçirməyimizin özü onu göstərir ki, biz regionda baş verənlərə görə narahatlıq keçiririk. Rusiya hansısa ölkə tərəfindən təhlükə olmamasına çalışır. Bütün KTMT ölkələri istisnasız olaraq hüquqi müstəvidə fəaliyyət göstərməlidir”.


Teqlər:  





Xəbər lenti