Miqrantları lüt soyundurub vəhşicəsinə döydülər - FOTO

Miqrantları lüt soyundurub vəhşicəsinə döydülər -  FOTO
  13 Noyabr 2018    Oxunub:6774
Yunanıstana qeyri-qanuni yolla daxil olan fələstinli və yəmənli miqrantlar yunan polislərinin alçaldıcı hərəkətlərinə məruz qalıblar.
Azvision.az Türkiyə mətbuata istinadən xəbər verir ki, Ədirnə bölgəsində çılpaq miqranatları görən sakinlər onları çayxanaya aparıblar.

Miqranatlarla söhbət zamanı məlum olub ki, yunan polislər onlara amansız işgəncələr verib, paltarlarını soyunduraraq təhqir ediblər. Daha sonra fələstinli və yəmənli qaçqınların əşyaları əllərindən alınaraq Türkiyəyə yola salınıb.

Ədirnə sakinləri miqrantlara kömək edərək onlara isti geyimlər veriblər. Faktla bağlı polisə məlumat verilib. Onlar qeydiyyata alınıblar.



Aytən Zəhra
Azvision.az



Teqlər: Türkiyə   Miqrant  





Xəbər lenti