"Ölkənin borcları kritik həddə yaxınlaşır" - Erməni nazir

 "Ölkənin borcları kritik həddə yaxınlaşır" -  Erməni nazir
  13 Noyabr 2018    Oxunub:3069
"Ermənistanın 2019-cu il büdcəsində maliyyə siyasətinin başlıca prinsipi ölkənin xarici borcunun sabitləşdirilməsi olacaq"

Azvision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistanın maliyyə naziri səlahiyyətlərini icra edən Atom Cancuqazyan parlamentin növbəti iclasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, hazırda Ermənistanın xarici borcları ölkənin ümumi daxili məhsulunun 50 faizindən çoxunu təşkil edir və getdikcə kritik həddə yaxınlaşır. 2019-cu ilin sonunadək isə Ermənistanın dövlət borcu 7 milyard dollar həddinə daha da yaxınlaşaraq, 6,95 milyard ABŞ dolları təşkil edəcək.

Bu səbəbdən də, Cancuqazyan hökumətin dövlət borcunun sabitləşməsi və azaldılmasına yönələn siyasət aparmasının zəruri olduğunu vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti