HƏMAS İsraili Rusiya raketləri ilə vurub

HƏMAS İsraili Rusiya raketləri ilə vurub
  14 Noyabr 2018    Oxunub:2435
"Fələstinlilər Rusiya istehsalı olan tank əleyhinə raketlərdən istifadə ediblər"
AzVision.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü Conatan Conricus bildirib. Onun sözlərinə görə, aparılan araşdırma nəticəsində fakt öz təsdiqini tapıb:

“Bu raketlərdən avtobusa açılan atəş nəticəsində bir İsrail əsgəri yaralanıb. Orada əsgərlər olsa da, avtobus sərnişin daşıma üçün nəzərdə tutulub. Qəzza sakinləri gərginliyi artırmaq və israilliləri öldürmək üçün qəsdən avtobusu hədəf alıblar”.

Rusiya istehsalı olan raketlərin fələstinlilərin əlinə necə keçdiyinə dair suala cavabında Conricus deyib: “HƏMAS xaricdəki hamilərindən aldığı yardımların böyük bir hissəsini silahlanmaya xərcləyir. Onlar bu silahları dünyanın bir çox nöqtəsindən qaçaq yollarla gətirirlər. Böyük ehtimalla İran HƏMAS və "İslami Cihad"a qeyri-qanuni silahın ən böyük tədarükçüsüdür”.

Kənan Məmmədov
Azvision.az


Teqlər: İsrail   Fələstin   Rusiya   Raket  





Xəbər lenti