Meşə yanğını qurbanlarının sayı 48-ə çatıb

 Meşə yanğını qurbanlarının sayı 48-ə çatıb
  14 Noyabr 2018    Oxunub:2507
ABŞ-ın Kaliforniya ştatındakı meşə yanğınları nəticəsində həyatını itirənlərin sayı 48 nəfərə çatıb.
Azvision.az xəbər verir ki, bu barədə “KSBY” telekanalı Kaliforniyanın Byut dairəsinin şerifinə istinadən məlumat yayıb.

Şerifin sözlərinə görə, fövqəladə xidmət əməkdaşları Paradayz dairəsində daha 6 nəfərin cəsədini tapıblar. Bununla da, meşə yanğınları qurbanlarının sayı 48 nəfərə çatıb. Qeyd olunub ki, hazırda yanğınlar 35% lokallaşdırılıb.

Xatırladaq ki, Kaliforniyada meşə yanğınları 8 noyabrdan başlayıb və indiyədək ştat tarixində ən böyük yanğına çevrilib. Yanğınlar 45 min hektar ərazini əhatə edir. Təbii fəlakət artıq 8800-dən çox infrastrukturu dağıdıb, 52 mindən çox insan təxliyə olunub. 250 min sakin isə öz evini tərk etmək məcburiyyətində qalıb.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Kaliforniya   ABŞ  





Xəbər lenti