Gülər Əhmədovanın məhkəməsi başlayır

Gülər Əhmədovanın məhkəməsi başlayır
  31 Oktyabr 2013    Oxunub:984
Bu gün Milli Məclisin eks-deputatı Gülər Əhmədovanın məhkəməsidir.
AzVision.az-ın məlumatına görə, sabiq deputatın növbəti məhkəmə prosesi saat 10:30-da Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmədə keçiriləcək. Prosesdə sabiq deputat özü də iştirak edəcək.

G.Əhmədovanın bundan öncəki prosesdə səhhəti pisləşdiyi üçün məhkəmə təxirə salınıb. Vəkil Əfsər Talıbovun sözlərinə görə, Gülər Əhmədova prokurorun suallarını cavablandırmalı olsa da, müvəkkilinin sağlamlıq səhhəti qəfil pisləşdiyindən o, sualları cavablandıra bilməyib.

Xatırladaq ki, sabiq millət vəkili Gülər Əhmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti