Gürcüstanın yeni prezidenti noyabrın 28-də bilinəcək

Gürcüstanın yeni prezidenti noyabrın 28-də bilinəcək
  15 Noyabr 2018    Oxunub:2650
Gürcüstanda keçiriləcək prezident seçkilərinin ikinci turunun vaxtı açıqlanıb.
Azvision.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının qərarına əsasən, ikinci tur noyabrın 28-nə təyin edilib.

Qeyd edək ki, Gürcüstanda prezident postu uğrunda iki əsas namizəd mübarizə aparır. Bunlar hakim “Gürcü Arzusu -Demokratik Gürcüstan” partiyasının dəstəklədiyi Salome Zurabişvili və müxalifətin namizədi Qriqol Vaşadzedir.

Azvision.az



Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti