Səlim Müslümovdan qaxlılara müraciət

Səlim Müslümovdan qaxlılara müraciət
  31 Oktyabr 2013    Oxunub:1056
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov Qax rayonunda vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov noyabrın 15-də Qax rayonunda vətəndaşları qəbul edəcək.

Qəbulda Qax, Oğuz, Qəbələ, Şəki, Balakən və Zaqatala rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Nazirliyin fəaliyyət sahələrinə dair müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq. Digər müraciətlərdə əksini tapan məsələlər aidiyyatı qurumlara göndərilmək üçün qeydiyyata alınacaq.


Teqlər:  





Xəbər lenti