Müsavat Əbülfəz Qarayevdən yer istədi

Müsavat Əbülfəz Qarayevdən yer istədi
  31 Oktyabr 2013    Oxunub:963
“Müsavatın qurultayını keçirmək üçün ən münasib məkan Opera və Balet Teatrı ola bilər”.
Bu fikirləri AzVision.az-a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı partiyanın qurultayından danışarkən deyib.

A.Hacılı hesab edir ki, icazə verilərsə Müsavat Opera və Balet Teatrında qurultay keçirməyə hazırdır.

“Əvvəla yəqin ki, hakimiyyət dairələri bu məkanın ayrılmasına xüsusi narahatlıq keçirməz. Eyni zamanda AXCP və digər siyasi partiyaların tədbirləri bu zalda olub. Əgər hakimiyyət Opera və Balet Teatrının 1060 nəfərlik zalını Müsavat üçün ayırsa qısa müddətdə öz qurultayımızı keçirə bilərik”.

Qeyd edək ki, Opera və Balet Teatrı Mədəniyyət və Turizm Nazirliyinin tabeliyindədir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti