Rauf Qurbanov: “Bu, bayrağa hörmətsizlik deyil” - AÇIQLAMA

  31 Oktyabr 2013    Oxunub : 1114
Rauf Qurbanov: “Bu, bayrağa hörmətsizlik deyil” - AÇIQLAMA
“Bu adi haldır, ajiotaj yaratmaq lazım deyil”
Azərbaycan Kommunist Partiyası (AKP) bayraq qalmaqalına münasibət açıqlayıb.

Partiya sədri Rauf Qurbanov AzVision.az-a göndərdiyi müraciətdə Rusiyada iştirak etdiyi tədbirdə əyləşdiyi masanın üzərinə Azərbaycan bayrağı əvəzinə partiya bayrağının qoyulmasının səbəbini izah edib.

O, bunun Azərbaycan bayrağına hörmətsizlik kimi qiymətləndirilməsinin yalnış olduğunu deyib.

R.Qurbanovun müraciətini təqdim edirik:

- Azərbaycan demokratik bir dövlətdir. Hər hansı bir siyasi partiya və ya ictimai birlik dövlət qeydiyyatından keçdiyi zaman müvafiq orqana nizamnamə və proqramma ilə yanaşı mənsub olduğu təşkilatın rəmzlərini: onun bayrağını, emblemini və himnini də təqdim etməlidir. Azərbaycan Kommmunist Partiyası da məhz 1994-cü il martın 2 -də Azərbaycan Respublikası Ədliyyə Nazirliyində rəsmi dövlət qeydiyyatından keçəndə öz nizamnamə və proqramması ilə yanaşı ona aid olan rəmzləri ilə birlikdə rəsmi dövlət qeydiyyatdan keçib. AKP -nin dəvət olunduğu beynəlxalq tədbirlərdə onun nümayəndəsinin qabağıda AKP -nin rəmzi olan bayrağının qoyulması adi bir haldır.
Azərbaycan Kommunist Partiyası (AKP) onun proqram məqsədlərini həyata keçirmək üçün könüllülük əsasında birləşən vətəndaşların siyası təşkilatıdır. Azərbaycan Kommunist Partiyası sosial ədalətin hökm sürdüyü cəmiyyət, kollektivçilik,cazadlıq, bərabərlik, seçkili orqanlar formasında təşəkkül tapmış əsl xalq hakimiyyəti, respublikada yaşayan bütün xalqların sarsılmaz birliyi və qardaşlgı ugrunda mübarizə aparır. AKP real sosializm ugrunda mübarizə partiyasıdır. AKP-nın nəzəri-təşkilatı əsasını marksizm-leninizim, Azərbaycan ideyası və sosial ədalət prinsipləri, bəşər sivilizasiyanın son dövrlərdə özünü dogrultmuş ən mütərəqqi fikir və ideyaları təşkil edir.

Azərbaycan Kommunist Partiyası fəhlələrin, kənd əməkçilərinin, ziyalıların, bütün zəhmət adamlarının mənafeyini müdafiə edir.

Azərbaycan Kommunist Partiyası öz işini Proqram və Nizamnamə əsasında qurur. Partiya, onun bütün təşkilatları və orqanları, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında fəaliyyət göstərirlər.
Azərbaycan Kommunist Partiyasının dövlət qeydiyyatından keçmiş nizamnaməsinin VIII maddəsinin birinci bəndində qeyd olunur:

1.1 Azərbaycan Kommunist Partiyasının bayrağı üzərində AKP-nin emblemi olan, dörddən üç hissəsi qırmızı, bir hissəsi mavi rəngli bayraqdır.
1.2 Azərbaycan Kommunist Partiyasının emblemi, sənaye əməkçilərinin və kənd zəhmətkeşlərinin birliyinin rəmzi olan oraq və çəkicdir.
Bütün bunlara rəğmən hansısa saytda və ya qəzetdə AKP -nin ünvanına yönəldilmiş ittihamın heç bir hüquqi əsası yoxdur.

Azərbaycan Kommunist Partiyası Azərbaycan Respublikası Konstitusiyası çərçivəsində fəaliyyət göztərir və AR bütün dövlət rəmzilərinə hörmətlə yanaşır.

Fatimə Kərimli

Teqlər: