Nəhayət, etiraf edildi: Kaşoqinin cəsədi parçalanıb

  Nəhayət, etiraf edildi:  Kaşoqinin cəsədi parçalanıb
  15 Noyabr 2018    Oxunub:3503
Səudiyyə Ərəbistanının Baş Prokurorluğu “Waşinqton post” qəzetinin əməkdaşı, müxalif jurnalist Camal Kaşoqinin cəsədinin konsulluqda hissələrə parçalandığını etiraf edib.

Azvision.az “Hürriyet”ə istinadən xəbər verir ki, Səudiyyə prokurorluğu Kaşoqinin yüksək dozalı dərmanın təsirindən öldüyünü bəyan edib.
Belə ki, jurnalistə ölümcül təsirə malik iynə vurulub. Öldüyünə əmin olduqdan sonra cəsədi hissələrə ayırıb, konsulluq binasından çıxarıblar.

“Onu Səudiyyə Ərəbistanına gətirmək istəyirdilər, bu plan uğursuz olduğundan öldürülməsinə qərar verilib. Şübhəlilərdən biri konsulluqdakı kameraları sıradan çıxarıb. Daha sonra cəsədi hissələrə parçalayaraq konsulluqdan çıxarıblar”.

Qeyd edilib ki, cinayət işi ilə əlaqədar saxlanılan şəxslərin sayı 21 nəfərdir. Onlardan yalnız 11-nə qarşı ittiham irəli sürülüb. Prokurorluq həmin şəxslərdən 5-nə edam cəzası istəyib.

Azvision.az



Teqlər: Kaşoqi  





Xəbər lenti