“Qarabağ məsələsində güzəştə getməyəcəyik” - Sarkisyan

  15 Noyabr 2018    Oxunub : 2047
“Qarabağ məsələsində güzəştə getməyəcəyik” - Sarkisyan
Ermənistanda 9 dekabrda keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticəsindən asılı olmayaraq, Respublikaçılıar partiyasının hər zaman barışmaz mövqe sərgiləyəcəyi həyati əhəmiyyətli məsələlər var.
Azvision.az xəbər verir ki, bu barədə Respublikaçılar partiyasının sədr müavini, Ermənistanın sabiq müdafiə naziri Vigen Sarkisyan “Facebook” səhifəsində bəyan edib.

“Biz konstruktiv müxalifət qismində hər zaman dialoqa açıq olacağıq. Amma elə məsələlər var ki, onlarla bağlı biz güzəştə getməyəcəyik. Bu, ilk növbədə Qarabağ probleminə aiddir. Bu məsələdə problem təkcə xalqların öz müqəddəratını təyin etməsi ilə məhdudlaşmır. Bu, bizim ölkəmiz üçün ən vacib təhlükəsizlik məsələsidir. Münaqişənin qismən həlli ola bilməz. Birtərəfli kompromis də ola bilməz. Müharibə ilə rüsvayçılıq arasında seçim etməli olsaq, biz heç vaxt rüsvayçılığı seçməyəcəyik, çünki əks təqdirdə hər ikisini almış olacağıq” – Sarkisyan vurğulayıb.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan   DağlıqQarabağ