Serj Sarkisyanın şəxsi cangüdəni yenidən həbs olundu

  15 Noyabr 2018    Oxunub : 1731
 Serj Sarkisyanın şəxsi cangüdəni yenidən həbs olundu
Ermənistanın Dövlət Mühafizə Xidmətinin rəis müavini, sabiq prezident və baş nazir Serj Sarkisyanın təhlükəsizlik xidmətinin rəisi olmuş general-mayor Vaçaqan Kazaryan yenidən həbs olunub.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan mətbuata açıqlamasında bildirib.

Ermənistan baş Prokurorluğunun ictimaiyyətlə əlaqələr bölməsinin rəhbəri Arevik Xaçatryan isə bəyan edib ki, Kassasiya Məhkəməsi Kazaryanın həbsi barədə prokurorluğun şikayətini təmin edib.

Qeyd edək ki, Kazaryan gəlirlərin gizlədilməsi və qanunsuz yolla varlanma maddələri ilə ittiham olunur. 20 iyunda Kazaryanın evində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 35 milyn dram, 1 milyon 110 min dollar, 230 min 500 avro nəğd pul tapılmışdı. “Unibank”dakı hesabında isə Kazaryanın 436 milyon dram vəsait saxladığı aşkarlanıb. Nəticədə Kazaryan həbs edilsə də, iyulun sonlarında 1 milyard dram (2 milyon ABŞ dolları) girov müqabilində azadlığa buraxılmışdı.

Leyla Elbrusqızı
Azvision.az

Teqlər: Ermənistan