Meydən parlamentə xəbərdarlıq – “Milli maraqları nəzərə alın”

Meydən parlamentə xəbərdarlıq –  “Milli maraqları nəzərə alın”
  15 Noyabr 2018    Oxunub:4009
Böyük Britaniyanın baş naziri Tereza Mey parlamenti ölkənin milli maraqları naminə “Brexit” üzrə Avropa İttifaqı (Aİ) ilə razılaşdırılacaq yekun saziş layihəsini dəstəkləməyə çağırıb.
Azvision.az xəbər verir ki, bu barədə Tereza Mey parlamentin icmalar palatasında çıxışında deyib.

““Brexit” üzrə yekun saziş hazır olanda mən onu parlamentə təqdim edəcəyəm və parlamentdən xahiş edəcəyəm ki, sazişi dəstəkləsin”.

Mey bildiirb ki, Britaniya ilə Avropa İttifaqı arasında münasibətlərin formatının müəyyənləşdirilməsi və əlaqələrin nizamlanması “Brexit” prosesindən asılı olaraq uzana bilər.

“Bizim yeni münasibətlərimiz “Brexit”in reallaşdırılması üçün nəzərdə tutulan müddətin sonunadək qurulmaya bilər. Biz Britaniyanın Aİ-dan çıxmasilə Cəbəllütariq problemi və Britaniyanın xaricdəki hərbi bazaları ilə bağlı problemin tənzimlənəcəyinə əmin olmaq üçün protokollar qəbul etmişik. Lakin yalandan iddia etməyəcəm ki, guya bu (“Brexit”), asan prosesdir və ya Britaniya və Aİ əldə olunan bütün razılaşmalardan tam razıdırlar” – Mey bəyan edib.

Bununla belə, o, vurğulayıb ki, qarşıdakı “Brexit”lə bağlı Aİ-nın xüsusi sammiti və Britaniya parlamentində səsverməni nəzərə alaraq London İttifaqdan sazişsiz çıxış variantına da hazırlaşır.

Qeyd edək ki, ötən günkü 5 saatlıq fövqəladə iclasında Britaniya hökuməti “Brexit”lə bağlı 400 səhifəlik saziş layihəsini təsdiq edib. Lakin sazişə etiraz edən nazirlər də olub. Böyük Britaniyanın “Brexit” məsələləri üzrə naziri Dominik Raab və Şimali İrlandiya işləri üzrə nazir Şeyleş Vara bu gün tutduğu vəzifələrdən istefa veriblər.

Leyla Elbrusqızı
Azvision.az


Teqlər: Brexit   Britaniya   Avropaİttifaqı  





Xəbər lenti