Fətullah Gülənlə bağlı xəbər dolları ucuzlaşdırdı

Fətullah Gülənlə bağlı xəbər dolları ucuzlaşdırdı
  16 Noyabr 2018    Oxunub:3400
“NBC News” telekanalının FETÖ lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyası ilə bağlı yaydığı sensasion məlumatdan sonra Türkiyədə dolların məzənnəsi geriləyib.
Azvision.az xəbər verir ki, hazırda TRY/USD nisbəti 5.35 səviyyəsinə düşüb. Ekspertlər dolların ucuzlaşmasını Fətulla Gülənlə bağlı xəbərlə əlaqələndirirlər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp FETÖ təşkilatının lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı göstəriş verib. Gülənin ekstradisiyasına dair qanuni yolların araşdırılması üçün Federal Təhqiqatlar Bürosu (FTB) və Daxili İşlər Nazirliyi təlimatlandırılıb.

Azvision.az


Teqlər: Dollar   Lirə  





Xəbər lenti